Almaniya millisinin və "Bayer 04"ün müdafiəçisi Conatan Ta üç klubun maraq dairəsindədir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, almaniyalı oyunçunu İspaniyanın “Barselona”, İngiltərənin “Liverpul” və “Tottenhem” klubları öz heyətlərində görmək istəyir.
29 yaşlı futbolçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, C.Tanın hazırkı klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Almaniya Bundesliqasının cari mövsümündə 25 oyun keçirən futbolçu iki qol vurub və eyni sayda sarı vərəqə görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə