Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. SİA AFFA-ya istinadla xəbər verir ki, qapıçı Şahruddin Məhəmmədəliyev zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

Qeyd edək ki, Azərbaycan seçməsi bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə