Ronaldo gələcəyi barədə danışıb

Portuqaliya millisinin və “Ən-Nəsr”in hücumçusu Kriştiano Ronaldo gələcəyi barədə danışıb. SİA bu barədə “Goal” nəşrinə istinadən xəbər verir.

39 yaşlı forvard karyerasını bitirdikdən sonra sabiq klubu “Real Madrid”ə qayıda biləcəyini istisna etməyib: “Real Madrid”ə qayıtmaq? Ola bilsin ki, karyeramı bitirəndən sonra nəsə baş verdi. “Real”dakı dövrüm futbol baxımından mənim üçün ən xoşbəxt illərim idi”.

Xatırladaq ki, Ronaldo 2009-2018-ci illərdə “Real”da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə