""Qarabağ"ı çətin oyun gözləyir" - ŞƏRH EDİLDİ

"Bugünkü oyunda rəqib çətin rəqibdir. Fransa çempionatının liderlərindəndir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan millisinin məşqçisi, futbol eksperti Arif Əsədov deyib.

O bildirib ki, bu baxımdan "Qarabağ"ı çətin oyun gözləyir. Amma "Qarabağ"ın son oyunlarda göstərdiyi performans bizə ümid verir ki, bugünkü oyunda da "Qarabağ" qələbə qazana bilər. Çünki bir ara "Qarabağ"da eniş var idi. Həm də komandada psixoloji problemlər var idi. Özünə inamsızlıq var idi, "Bodo Qlimt" qələbəsindən sonra artıq "Qarabağ"da özünə inam qayıdıb.

Çempionat oyunlarında da qazanılan qələbə bizə inam verir ki, "Qarabağ" bu günkü oyunda qələbə qazana bilər. Üstəlik zədəli oyunçular var idi ki, onlar qayıdıblar. Elvin Cəfərquluyev də kartla bağlı keçən oyunu buraxmışdı. Heyət də genişdir. O baxımdan düşünürəm ki, "Qarabağ" bu günkü oyunda ən azından məğlub olmayacaq və qələbə qazanacaq. Qazanılan qələbə "Qarabağ"a şans verəcək ki, xalların nisbətini qaldırmaqla növbəti "pley-off"a çıxmaq şansı alsın. "Qarabağ"a uğurlar arzu edirik, ümid edirik ki, bu gün qələbə qazanacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə