"Fənərbağça"nın futbolçusu mövsümü başa vurub

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Ceyden Osdervolde mövsümü başa vurub. SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo mətbuat konfransında məlumat verib.

UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərənin "Mançester Yunayted" komandası ilə keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandıran mütəxəssis 23 yaşlı müdafiəçinin zədəsinin ciddi olduğunu bildirib:

"Mayda 1-2 oyun üçün qayıtsa, sürpriz olacaq".

Qeyd edək ki, Ceyden Osdervolde 2023-cü ildən "Fənərbağça"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə