Bu futbolçular "Kəpəz"-dən ayrılır

"Kəpəz" klubu iki futbolçu ilə yollarını ayırıb. Gəncə təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşma yenilənməyib. Hər iki legioner komandanı tərk edib.

Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız ötən mövsüm “Kəpəz”də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə