Zubir həftənin oyuncusu seçilməyə namizəddir - UEFA

"Qarabağ" Futbol Klubunun ulduzu Abdullah Zubir UEFA Avropa Liqası turnirində həftənin ən yaxşıları arasında yer alıb. SİA xəbər verir ki, bu barədə UEFA-nın rəsmi sosial şəbəkələrində paylaşım olunub. 32 yaşlı Futbolçu ötən gecə keçirilən oyundan sonra "Həftənin oyuncusu" mükafatı üçün 4 namizəd arasında yer alıb.

Digər namizədlər isə "Galatasaray" Futbol Klubundan oyuncu İcardi, "Milan" futbol klubundan oyuncu Loftus-Çek , "Benfica" Futbol klubundan oyuncu Dİ Mariadır.

Xatırladaq ki, ötən gecə "Qarabağ" Futbol Klubu "Braga" kollektivi ilə qarşılaşdı və yekunda 2-4 hesablı qələbə ilə ayrıldı. Bununlada "Qarabağ " Bakıdakı cavab oyununa üstün yollanacaq.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə