Buna haqq qazandırmaq mümkün deyil - JEM SƏDRİ AÇIQLADI

"Təbii ki, jurnalist Aytən Məmmədovaya qarşı hücum qəbuledilməzdir. Hər nə baş veribsə, bu Azərbaycan dövlətinə, mətbuatına qarşı yönəlmiş bir addımdır. Buna heç cür haqq qazandırmaq mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, hökümət də, hüquq-mühafizə orqanları da bu faktın araşdırılması və hadisəni törədənlərin cəzalandırılmasına çalışırlar: "Bəzən mətbuatda belə görüntülər yaradılır və etirazlar olur. Amerika Dövlət Departamenti də bu hadisəylə bağlı açıqlama yayaraq Azərbaycanda jurnalistə qarşı olan hücumları pisləmişdi".

Sədr sözlərinə davam edərək həmçinin qeyd edib ki, söhbət yalnız Azərbaycandan getmir: "Dünən İsrail qüvvələri Fələstində bir qadın jurnalisti öldürüb. Biz deyə bilmərik ki, İsrail dövləti bütün jurnalistlərin haqqını tapdalayır. Azərbaycanda da bir nəfər hücum edib, quldurluq edibsə, bunu bütün jurnalistikaya hücum kimi dəyərləndirmək doğru deyil. Bu o demək deyil ki, Azərbaycanda insan hüquqları tapdanmasını qabardılmalıdır. Bundan sui-istifadə edərək Azərbaycan əleyhinə fikirlər səsləndirmək lazım deyil. Bütün bunları bir kənara qoysaq, nəinki jurnalistə, eyni zamanda bütün insanlara qarşı hücumu pisləyirik. Bu, sözün əsl mənasında cinayət hadisəsidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə