14 Fevral Sevgililər günü kimi qeyd olunur. Bu gün eyni zamanda Valentin günü də adlanır. Bu tarixin başlanğıcı qədim Roma imperyasi dövrünə təsadüf edir. Qədim Romada 14 Fevral bütün romalılar üçün əhəmiyyətli bir gün idi. İllər keçdikcə yavaş-yavaş 14 Fevral sevgililərin, aşiqlərin bir-birinə sevilərini etiraf etdikləri günə çevrildi. Bu gün bütün dünya ölkələrində qeyd olunduğu kimi Azərbaycanda da, müəyyən önəm daşıyır. Demək olar ki, hər il bu gün bəylər və xanımlar bir-biriləroinə hədiyyə alaraq bu günü qeyd edirlər. Mövzü ilə əlaqədar olaraq SİA şəhər sakinlərinin arasında sorğu keçirtdi. Bəs gəlin görək onların bu günlə bağlı olaraq hansı fikirləri var?

Şəhər sakini Mədinə Ramazanlı: “Mənə görə belə günlərin heç bir önəmi yoxdu. Çünki sevgini hər hansısa bir günə yükləmək lazım deyil. Sevgi elə bir şeydir ki, onu hər gün yaşamlısan. Əgər sevgini ifadə edib, hədiyyə almaq istəyirsənsə bunu sırf 14 fevralda etməlisən deyə bir şey yoxdu. Sən bunu adi gündə də, edə bilərsən”.

Şəhər sakini Mövlan Quliyev: “Mən özüm də bu il 14 fevralı qeyd edəcəm. Lakin hələ də, hədiyyə tapa bilməmişəm. Amma mənə görə bu gün çox önəm daşıyır. Demək olar ki, həmişə də bu günü xüsusi bir gün kimi qeyd etmişəm”.

Şəhər sakini Vüsalə Zeynalova: “Mənim sevgilim olmuyub bunun üçün də çox xoşbəxtəm. Amma olsa belə bu günü xüsusi qeyd etmərəm. Çünki mənim üçün bu günü özəl deyil. Biz yaşayırıqsa və bu sevgini hiss ediriksə deməli bizim üçün hər gün özəldi. Ona görə də belə günlərlə razılaşmıram”,
Şəhər sakini Rafiq Hacılı: “Bu gün dünyada keçirilsə də, mən deyərdim ki, elə hər günümüz sevgi ilə açılmalıdı. Yəni xüsusi olaraq sevgi günü qeyd olunmamalıdı. Mən şəxsən bu il qeyd etməyəcəm, çünki sevgilim yoxdu. Amma olanda qeyd etmişəm”.

Şəhər sakini Təhminə Bağırova: “Çox insanlar bu günü özəl olaraq qeyd edirlər. Bir-birinə hədiyyə alırlar, oğlanlar daha qızlar agül alır. Amma mən bu günü keçirtməsəm də, düşünürəm ki, hər gün o hissi yaşamaq olaraq. Çünki bu hiss azadı və bunu qeyd etmək üçün məhz 14 fevralı gözləmək lazım deyil”.
Şəhər sakini Elmir İşıqlı: “Bilirsiz ki, sevgililər gününün özünə məxsus tarixi var və buna görə də bu gün 14 fevral “Sevgililər günü” kimi qeyd olunur. Mən özüm keçirtməsəm də, indidən keçirənlərə allahdan kömək və səbr arzulayıram. Lakin sevgilim olanda belə bu günü xüsusilə qeyd etməmişəm. Amma belə deyərdim ki, sevginin günü olmur”.

Şəhər sakini Səid Aslanov: “Çox təəssüflər olsun ki, mənim sevgilim olmadığından bu günü qeyd edə bilməmişəm. Lakin fikrimcə, çox gözəl gündü. İnsanlar bu gündə xoşbəxt olurlar və eyni zamanda bir-birilərinə olan sevgini, güvəni və hörməti xüsusi olaraq deyirlər. İnşaallah bir gün mənə də, bu günü qeyd etmək nəsib olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB