Media haqqında yeni qanunun mahiyyəti nədən ibarətdir? - ŞƏRH EDİLDİ
Bildiyimiz kimi, Azərbaycan Respublikasında "Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Məsələ ilə bağlı SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı fikirlərini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda son dəfə kütləvi informasiya vasitələri haqqında qanun 1999-cu ildə qəbul olunub. 1999-cu ildən bu zamana kimi bu qanuna kifayət qədər dəyişikliklər edilib: "Qanuna yeni çalarlar gəlib və yeni media sistemi formalaşıb: “Artıq saytlar və “Youtube” kanalları meydana çıxır və ümumiyyətlə media sferasının hüquqi tənzimlənməsində boşluqlar var idi. Bu boşluqların aradan qaldırılması üçün də yeni qanuna ehtiyac var idi və bu qanun layihəsi də artıq müzakirədədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB