Vaksin növbələri yoluxmaya yol açır? - HƏKİM AÇIQLADI

“Ümumiyyətlə, vaksinasiya prosesi və vaksinasiya prosesindən başqa hər hansı bir ictimai məkanda sosial məsafə gözlənilmədən, qoruyucu tədbirlərə riayət edilmədən kütləvi toplaşma həyata keçirilərsə bu zaman təbii ki, müəyyən komitələr vardır. Həmçinin, randevu sistemi fəaliyyət göstərir. İnsanlar vaksinasiya olunmadan öncə peyvənd üçün randevu götürməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat, həkim Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, randevu sistemi insanlar üçün də faydalıdır ki, onlar işlərini rahatlıqla planlaşdırırlar: “Bununla yanaşı tibbi xidmətin göstərilməsi zamanı da daha rahat və əlçatan xidmətin təşkili çox önəmlidir. Biz bir neçə dəfə də təklif etmişdik ki, həm vaksinasiya məntəqələrinin sayının artırılması, həm səyyar vaksinasiyanın həyata keçirilməsi, həm də tibb müəssisələrindən kənar yerlərdə vaksinasiya olunması çox önəmlidir”.

Həkim sözlərinə belə davam edib: “Bütün bunlar həm vaksinasiyanın sürətini artırır, həm də kütləvi yığışma və toplaşmaların qarşısını alır. İnsan sayı çox olduqda və əsas da bağlı məkan olduqda yoluxma sayı hər zaman artır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə