Qeysəriyyə sonrası təbii doğuş mümkündürmü? GİNEKOLOQ AÇIQLADI

Hansı halda qeysəriyyə kəsiyindən sonra qadın normal doğum edə bilər? Məsələ ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyeva SİA-ya açıqlama verib.

Onun sözlərinə görə, birincisi, əgər qadının anamnezində heç olmazsa bir doğuşu normal doğuş olubsa,bu qadınlarda ikinci doğuşu keysəriyyə 3 doğuşu normal başa çatdırmaq mümkündür: “ Bu qadınlar keysəriyyə kəsiyindən sonra təbii doğuş üçün daha uyğun namizəddir”.

Qeysəriyyə kəsiyindən sonra normal doğuş bu hallarda mümkündür:

1. Hazırkı keysəriyyə kəsiyindən qabaq uşaqlıqda başqa konservativ cərrahi müdaxilələr (miomektomiya və s), keysəriyyə kəsiyi ilə nəticələnmiş bir doğuşdan artıq cərrahi doğuşun olmaması: Məsələn 2 keysəriyyədən artıq və yaxud hər hansı uşaqlıqda olunan əməliyyatlar olarsa bu tip pasientlərə normal doğuş etmək olmaz.

2. Doğulacaq körpənin USM və xarici ölçülərə görə müəyyənləşdirilmiş təqribi çəkisi 4 kg artıq olmamalıdır.

3. Ananın anatomik çanaq ölçüləri norma daxilində olmalıdır. Əgər ilk hamiləlik anatomik dar çanaq səbəbindən cərrahi yolla sonlandırılıbsa, növbəti doğuşlarında keysəriyyə əməliyyatiyla başa çatdırılması lazımdır.

4. Hamilə qadında doğuşu təbii yolla aparmağa mane olan, sağlamlığını təhlükə altına atacaq hər hansı sistem və orqanlarda problem olarsa: şəkərli diabet, arterial hipertenziya, böyrək-ürək çatışmamazlığı, nevroloji statuslu pasientlər ve s. Bu pasientlərdə ananın həyati göstəriciləri səbəbindən növbəti doğuşlarda keysəriyyə əməliyyatıyla başa çatdırmalıdır.

5. Uşaqlıq üzərindəki çapıq toxumanın yararlı olması doğuşun təbii yolla aparılması üçün başlıca amillərdən biridir. USM müayinə zamanı dəyərləndirilən çapığın qalınlığı 4mm aşağı olmamalıdır.

6. Hamiləlik müddəti 40 həftənin üstündə olmamalıdır. Əks halda dölün baş sümüklərinin doğum kanalında irəliləməsi zamanı konfiqurasiya olunması çətinləşirki bu da təbii doğuşun gedişatına mənfi təsir edir.

7. Kəysəriyyə əməliyyatından sonra doğuş istəyən xanimlar bilməlidir ki, hər an doğum taktikası təbii doğuşdan cərrahi doğuşa dəyişdirilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə