Qurban bayramında ət istehlak edənlər - DİQQƏT

Qurban bayramında yüksək yağ tərkibi olan ətlərin daha çox istehlak olunması səbəbindən sağlamlıqla bağlı bəzi problemlər ortaya çıxır.

Yeni kəsilmiş ət həzm probleminə səbəb olur. Bu səbəbdən kəsilən ətin ən az 1 gün istirahət etməsi lazımdır. Doymuş yağlar uzun müddət ürək-damar tıxanmalarına və infarktlara səbəb ola bilər. Ürək xəstəliyi tarixçəsi olan şəxslərə bu müddətdə diqqətli olmaları və normadan çox ət istehlak etməmələri tövsiyə olunur.

Ət yeməklərinin yanında mütləq salat yeməyi unutmayın:

Ət yanında müxtəlif yan qidalarla dəstəklənməlidir. Qurban bayramı menyusu zəngin olsa da, kalori baxımından tarazlı olması vacibdir. Ət yeməklərindən əlavə plov və bol şərbətli desertlərdən daha çox göyərti ilə zəngin salat növlərinə üstünlük verilməlidir.

Yeməkdən əvvəl gəzin:

Tətil günü yalnız qidalanma baxımından mükafat kimi qəbul edilməməlidir və tətildə yalnız yemək əvəzinə gəzinti və idman hərəkətləri etmək vacibdir. Sıx iş tempindən qaçmaq üçün tətil proqramları etmək tövsiyyə olunur. Səhər və ya axşam yeməkdən əvvəl sürətlə gəzinti endorfin nisbətini artıracaq və beləliklə, şəkər istehlakı azalacaq.

Ağır yeyilən nahar yeməyindən sonra günəşə çıxmayın:

Nahardan dərhal sonra günəşə çıxmaq əvəzinə sərin bir şəraitdə 1-2 saat istirahət etməyə diqqət edin. Çünki, günortadan sonra qızmar günəş şüaları qan təzyiqinin artması, ritm pozğunluğu və laxtalanma kimi sağlamlıq problemlərinə səbəb olur.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə