“Doktorskaya” kolbasa bilirsiz niyə “doktorskaya” adlanır? - MARAQLI

Əslində, bu kolbasa müalicəvi qida idi bir zamanlar. SİA-nın məlumatına görə, 1930-cu illərdə Sovet ölkələri ciddi qida problemi yaşayırdı və bu işçilərin sağlamlığına mənfi təsir edirdi. Xalq Səhiyyə Komissarlığı mütəxəssislərinə təlimat verdi ki, həm kəndçilərin, həm də fəhlələrin ala biləcəyi "xalq" kolbasası reseptini hazırlasınlar. Yeni məhsul "Vətəndaş müharibəsi və çar despotizmi nəticəsində sağlamlıqlarını pozan xəstələr üçün" nəzərdə tutulurdu və buna görə adını "Doktorskaya" qoydular. O zamanlar "Doktorskaya" kolbasası tamamilə diyetik idi. Əvvəl buraxılan 100 kq kolbasanın tərkibi: 25 kq premium mal əti; 70 kq yarı yağlı donuz əti; 75 ədəd (3 kq) yumurta; 2 litr inək südü. Həkimlər bu kolbasanı müxtəlif xəstəlikləri olan vətəndaşlara təyin edirdilər: qaraciyər və mədə xəstəlikləri, anemiya və ya xəstəliklərdən sonra sağlamlığı zəifləmiş insanlara.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...