“Problemli kredit məsələsi qanunvericiliklə elə tənzimlənməyib ki, banklara və ya bank olmayan kredit təşkilatlarına vətəndaşlara kredit vermək tam qadağan edilsin. Yəni, kiminsə əvvəl kredit problemi yaşaması avtomatik olaraq onun gələcəkdə kredit ala bilməyəcəyi anlamına gəlmir”.
Bu sözləri SİA-ya açıqlamasında bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyib.

O bildirib ki, hər bir vətəndaşın kredit tarixçəsi Azərbaycan Kredit Bürosunda qeydiyyata alınır. Banklar və kredit təşkilatları müraciət zamanı həmin bazadan məlumat əldə edirlər. Orada şəxsin əvvəlki kreditləri, gecikmələri və ödəniş intizamı aydın şəkildə görünür:
“Son qərarı isə məhz kredit verən qurum özü qəbul edir. Əksər hallarda problemli tarixçəsi olan şəxslərə kredit verilməsə də, bəzi istisnalar mümkündür. Məsələn:
* Gecikmələr çox kiçik və qısa müddətli olubsa
* Borc sonradan tam bağlanıbsa
* Problem uzun müddət əvvəl baş veribsə və sonrakı kreditlər vaxtında ödənilibsə
* Yaxud güclü zamin və ya təminat təqdim olunursa
Bu kimi hallarda banklar riski qiymətləndirərək kredit verməyə qərar verə bilirlər.
Yəni, əsas məsələ odur ki, kredit tarixçəsi qadağa deyil, sadəcə qərarvermə üçün əsas meyardır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB