Banklar kredit faizlərini hansı meyarlara əsasən müəyyən edir və niyə bəzi kreditlərin faizi daha yüksək olur? - AÇIQLANDI
“Kredit faizi əsasən iki əsas amildən asılıdır: kredit riski və bankın həmin maliyyə vəsaitinin ona başa gəlmə dəyəri, yəni maya dəyəri. Bankların verdiyi kreditlər əksər hallarda öz vəsaitləri ilə deyil, digər vətəndaşların əmanətləri və ya sahibkarların depozitləri hesabına formalaşır. Məsələn, əgər bank əmanətlər üzrə illik 12% faiz ödəyirsə, bu, bankın xərci hesab olunur. Bundan əlavə, bankın digər xərcləri də mövcuddur: işçilərin əmək haqqı, filialların icarəsi, texniki təminat və s.”. Bu sözləri SİA-ya açıqlamasında bank üzrə mütəxəssis Əkrəm Həsənov deyib.

O bildirib ki, kredit faizi hesablanarkən həmçinin kreditin qaytarılmama riskləri də nəzərə alınır:
”Yəni, əgər borcalanın krediti vaxtında qaytarmaq imkanları məhduddursa və ya hüquqi prosedurlar tələb olunursa, bu da faiz dərəcəsinə təsir edir.
Bəzi kreditlər daha riskli olur, xüsusilə:
-Girovsuz kreditlər
-Regionlarda verilən kreditlər (çünki orada gəlirlər aşağıdır, girovun satılması çətindir və hüquqi prosedurlar uzun çəkir)
Buna görə də regionlarda faiz dərəcələri adətən daha yüksək olur. Banklar risk və əlavə xərcləri kompensasiya etmək üçün kredit faizini artırır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB