Vəkillər daha 3 penitensiar müəssisədə pulsuz hüquqi yardım göstəriblər

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası(VK) arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam edir. Bu barədə SİA-ya VK-dan məlumat verilib.

Bu dəfə “Qanunçuluq” Vəkil Bürosunun vəkilləri 14 saylı cəzaçəkmə müəssisəsində, “Presedent” Vəkil Bürosunun vəkilləri Umbakı penitensiar müəssisəsində və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri isə Qobustan penitensiar müəssisəsində cəza çəkən ümumilikdə 50-yə yaxın məhkuma pulsuz hüquqi yardım göstərib.

Vəkillər tərəfindən cəza çəkən şəxslərin müraciətləri dinlənilib, onlara geniş hüquqi izahat verilib, sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə