"Yaz sadəcə günəşin parlaqlığı ilə özünü göstərmir" - AYDINLIQ GƏTİRİLDİ

"Torpaq çərşənbəsinin tarixi haqqında danışmaq, standart tarix haqqında danışmağa bərabər deyil". Bu sözləri SİA-ya açıqlamasında tarixçi Paşa Həsənli deyib.

O bildirib ki, onun tarixini müəyyənləşdirmək mümkün deyil: "Baharın gəlişi, təbiətin oyanması bir prosesdir və bu zaman alır. Qışdan yaza keçiddir. Hesab edilir ki, get-gedə təbiət oyandıqca proses gedir və torpaq çərşənbəsi axırıncı çərşənbədir. Torpaq çərşənbəsi bir kulminasiya nöqtəsidir. Torpaq çərşənbəsinə qədər torpaqda oyanmalar gedir. Torpaq isinir, temperatur qalxır və elə bir mərhələyə gəlir ki, 4-cü çərşənbədə həm də torpaq oyanır. Bitkiləri yetişdirmək üçün torpaq artıq oyanmış olur. Müəyyən bir müddət sonra torpaq isindikdən və qış müddətincə sulandıqdan sonra parı da ortaya çıxır. Torpağın ətri hiss edilməyə başlayır. Bitkilər insanlar üçün ümid, ruzi, bərəkət deməkdir. Novruz dövründə günəşin parlaqlığı başqa cürdür və xüsusi bir həzz verir. Axır çərşənbə yeni həyata keçiş nöqtəsi, kulminasiya nöqtəsi kimidir.

Sabahdan artıq yazdır. Yaz sadəcə günəşin parlaqlığı ilə özünü göstərmir. Ən əsası təbiətin oyanmasında, heyvanlar aləminin canlanmasına təsir göstərir. Heç kim deyə bilməz ki, Novruz bayramının tarixi nə zamandan başlayıb. Bu ən azı 10 min, 12 min il bundan əvvəl mədəniyyət, əkin-biçin nəticəsində ortaya çıxıb".

Müəllif: Leyla Ağayeva

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə