"İnsanlar filtrlərlə öz şəkillərini çəkərək özlərini elə görməyə başlayırlar, sonra adi şəkillər çəkəndə özlərini bəyənmirlər. Xüsusilə də son dönəmdə burunlarını düzəltdirən xanımlar lipasaşkın, abdominoplastika, omba və sinənin böyüdülməsi əməliyyatları və sosial şəbəkələri açsaq boy-boy gedən reklamlar diqqət çəkir. İxtisası həkim olan və ya olmayan hər kəs bu barədə özünü reklam edir. Hətta hansı həddə çatmışıq ki, artıq salonlarda belə əməliyyatlar olur, yəni estetik mərkəz, salon adı altında əməliyyat edirlər. İnsanlar özlərini və həyatlarını riskə atırlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, son dönəmdə estetik əməliyyatdan dünyasını dəyişən insanların sayı çoxalıb: "Hər zaman pasiyent əməliyyata girirsə bir ölüm riski var və həkimlər heç vaxt o riski tam şəkildə xəstəyə başa salmırlar. Onlar ancaq bunun yaxşı tərəfini deyirlər, lakin fəsadlı tərəfi də mütləq izah olunmalıdır. İnsanlar artıq pəhriz tutaraq, idmana gedərək, aktiv həyat tərzi yaşayaraq arıqlamaq istəmirlər. Gözəllik böyük sinə, omba, dodaqlar, çəkik gözlər və qaşlar olub. İnsanlar artıq kilo alan kimi bir başa lipasaşkın əməliyyatına gedirlər. Bu əməliyyatın nə qədər təhlükəli olduğunu, hətta 20 faiz ölüm riski olduğunu həkim deməlidir. Pasiyentlər dünyasını dəyişir, lakin həkimlər qaldığı yerdən həyatlarına davam edirlər. Çünki o qədər sənədlərə imza atırlar ki, mən dünyamı dəyişsəm nə özüm, nə ailəm şikayətçi olmayacıq. Əməliyyatda hər hansı qüsur olsa şikayət etməyəcik. Həkim özünü qarantiya alaraq əməliyyatı edir. Estetik cərrahiyyə günü-gündən pöhrələnir. Niyə belə bir vəziyyət alır, hətta həkim digər sahələri yox estetik cərrahiyyəni seçir? Çünki müraciətlər günü-gündən çoxalıb. Artıq hər kəs özünü əcaib görüntüyə salmaq istəyir".
Psixoloq həmçinin qeyd edib ki, bəzi görüntülər vardır ki, müxtəlif peşə sahibləri edə bilər: "Məsələn bunlara teleaparıcılar, müğənnilər aiddir. Tamaşaçıya xoş görünmək üçün görünüşündə hər-hansı dəyişiklik edə bilərlər. Mən demirəm bunu digərləri edə bilməz, amma ehtiyac varsa digər insanlar etsinlər. Ehtiyac yoxdursa, həyatınızı riskə atmağa dəyməz. Mən çox pis oluram ki, xanımlar dünyasını dəyişir amma onların körpə övladları qalır. Siz kilolu ola bilərsiz, idmanla yaxud pəhrizlədə arıqlaya bilərsiz. Sizin böyük sinəniz, ombanız olmaya bilər amma çox gözəl ola bilərsiz. Sizin gözünüz, qaşınız sizin xoşunuza gəlməyə bilər, çünki sizin filterlə çəkirsiz. Amma filterlə çəkmədən qabaq insanların sizə hansı xoş sözləri və tərifləri deməyinə baxın. Yəni hər kəs düşünür ki, mənim bədənimdə, üzümdə, gözümdə narahatlıq varsa dərhal estetik cərraha getməliyəm yaxud kimisə tapmalıyam ki, ucuz əməliyyat etdirim. Arıqlamağın dietoloq, pəhriz, idman, sağlam həyat tərzi kimi yolları var. Hər kəs bunlara əməl edə bilsə gözəl bədənə sahib ola biləcək. Lakin kimsə kompleksə düşürsə, gedib əməliyyat etdirməlidir. Bəzi insanlar var ki, onlara estetik əməliyyat mütləq və şərtdir. Sosial media isə endirimlərin olması, hətta həkimlərin əməliyyatları kreditlə etməsi sonda faciələrə səbəb ola bilir. Əvvəl şairlər qələm qaş, nazik dodaq deyə qadını tərənnüm edirdi. Mənə çox maraqlıdır ki, indi aşıqlar bu qadınları necə tərənnüm edir? Qadınlar özlərini çox bərbad bir duruma salırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə