Azərbaycanda idman zalları cibə münasibdir? - ARAŞDIRMA

İnsanlar arıqlamaq və ya formada qalmaq üçün müxtəlif vasitələrə üz tuturlar. Onlardan ilk ağla gələni də idman zallarıdır. Çəki atmaq və daim formada qalmaq hər kəsin arzusudur. Buna görə də son illər idman zallarına üz tutanların sayında əvvəlki illərə nisbətən artım müşahidə olunur. Bəs sağlam şəkildə istədiyimiz formaya çatmaq və həmin bədən quruluşunu qoruyub saxlamaq bizə nə qədər xərcə başa gəlir? SİA mövzu ilə bağlı olaraq idman zallarında qiymətlərlə bağlı araşdırma aparıb.

Ümumiyyətlə, idman zallarında qiymətlərin münasib və ya baha olması nədən asılıdır?

İdman zallarının bizə təklif etdiyi qiymətlər onun təklif etdiyi əlavə xidmətlərdən (məşqçi məsləhəti, sauna, proqram və s.), yerləşdiyi yerdən, zalın rahatlığından asılı olaraq dəyişir. Həmçinin bəzi zallarda qadın və kişilərə fərqli qiymətlər tətbiq edilir. Bəzi idman zallarında qadın və kişilər üçün fərqli zallar olsa da, bəzilərində sadəcə ümumi zaldır. Ümumi zal olduqda, əksər hallarda kişi və qadınlar üçün fərqli saatlar tətbiq olunur. Bir sıra idman zalları isə yalnız qadınlar üçün nəzərdə tutulub.

Qiymətlərə məşqçi məsləhəti də daxildir. Lakin bu məşqçinin daim sizinlə məşğul olacağı mənasına gəlmir. Bu sadəcə zaldakı idman alətlərindən doğru şəkildə istifadə etməyiniz üçündür.

“TheClub PortBaku”da fitneslə yanaşı, üzgüçülük, yoqa, pilates, boks da var. Zalın illik ödənişi 3600 manatdır. Əlavə 1 saatlıq məşqçi 12 dərs üçün 500 manatdır. Aylıq ödənişə daxildir: hovuz, sauna, buxar otağı, divara dırmaşma.

1 aylıq – 450 AZN

3 aylıq – 1 250 AZN

6 aylıq – 2 200 AZN

12 aylıq – 3 600 AZN

Koala parkın yaxınlığında yerləşən “Aquarius”da 1 ay limitsiz üzvlük 250 manatdır. Qiymətə hamam, sauna və üzgüçülük də daxildir. Bu məkan müştərilərə diyetik menyu, solaryum, spa, masaj da təklif edir.

Məşqçi – əlavə 200 AZN

Qrup şəklində məşqçi ilə həftədə 3 dəfə 250 AZN

İndividual şəkildə məşqçi ilə həftədə 3 dəfə 300 AZN

1st Fitness&SPA mərkəzi Vurgun Residence-də hər gün səhər saat 6-dan axşam 11-dək fəaliyyət göstərir. Məşqçilər ümumi və qadın zallarında 08:00 – 22:00 saatlarında nəzarət edir. Məşqçi ilə fərdi məşğul olmaq istəyənlər isə əlavə 200 manat ödəməlidir. Burada aylıq üzvlük qiymətinə hovuz, spa, limitsiz giriş, qrup dərsləri də daxildir:

1 ay – kişilər üçün 250, qadınlar üçün 160 AZN

3 ay – kişilər üçün 600, qadınlar üçün 400 AZN

1 illik – kişilər üçün 1 500, qadınlar üçün 1 200 AZN

Bir günlük – 50 AZN

Məşqçi – əlavə 200 AZN

“JV Fitness”in Hacıbəyov və Nizami filiallarında bir günlük giriş 12 manat, Şərifzadə filialında isə 8 manat təşkil edir. Məşqçilərin qiyməti 150 manatdan başlayır. Üzvlük kartının açılmasına görə əlavə olaraq 10 manat ödəniş edilir.

Nizami və Hacıbəyov filialı:

8 gediş – 75 AZN

12 gediş – 90 AZN

Limitsiz – 120 AZN

Məşqçi – əlavə 150 AZN

Tək gediş – 12 AZN

Şərifzadə filialı:

8 gediş – 60 AZN

12 gediş – 65 AZN

Limitsiz – 80 AZN

Tək gediş – 8 AZN

Bəsti Bağırova küçəsində yerləşən “Fitway” idman mərkəzində aylıq limitsiz üzvlüyə sauna, yoqa və aerobika daxildir. Burada yalnız ümumi zal mövcuddur. Sözügedən idman mərkəzi, həmçinin diyetik yeməklər təqdim edir (Fitway Food ) və ünvana çatdırır.

1 aylıq; xanımlara - 110 AZN, kişilərə - 130 AZN

1 illik; xanımlara 780 AZN, kişilərə - 900 AZN

Məşqçi – əlavə 150 AZN

Fərdi məşqçi – 500 AZN

Pilates 8 dərs – 120 AZN, 12 dərs – 150 AZN

Bir günlük üzvlük xanımlara – 15 AZN, bəylərə – 20 AZN

“4life Fitness” Globus center-in 10-cu mərtəbəsində yerləşir. Limitsiz gediş 1 aylıq 100 manat təşkil edir. Fərdi məşqçi isə əlavə 300 manatdır.

1 gün – 15 AZN

8 gediş – 80 AZN

12 gediş – 100 AZN

Limitsiz – 120 AZN

Məşqçi qrup şəklində – əlavə 150 AZN

Box – 100 AZN

9-cu mikrorayonda yerləşən “Vegas İdman Mərkəzi”ndə aylıq ödəniş 90 manat təşkil edir. Bu qiymətə sauna və aerobika da daxildir.

1 gün – 12 azn

8 giriş – 60 azn

12 giriş – 70 azn

1 ay – 90 azn

Aşıq Molla Cümə küçəsi və 3-cü mikrorayonda fəaliyyət göstərən “Go Fitness”də məşq etmək qadınlar üçün bəylərdən daha ucuz başa gəlir:

1 ay – 150 AZN

6 ay – 300 AZN

12 ay – 600 AZN

Qadınlar üçün: 8 gediş – 40 AZN

12 gediş – 50 AZN

16 gediş – 60 AZN

Limitsiz – 70 AZN

Bəylər üçün: 8 gediş – 50 AZN

12 gediş – 60 AZN

16 gediş – 70 AZN

Limitsiz – 80 AZN

Hər iki filial da ümumi olaraq 13:00-23:00 arasında fəaliyyət göstərir.

“Evolution Gym Legion” 28 May yaxınlığında yerləşərək ümumi zalı günlük 7 manata təqdim edir. Bu idman zalında da xanımlar və bəylər üçün qiymətlər fərqlənir:

Qadınlar üçün: 12 gediş – 30 AZN

Limitsiz – 40 AZN

Bəylər üçün: 12 gediş – 40 – 50 AZN

Limitsiz – 60 AZN

Məşqçi – 200 AZN

Bir gediş – 7 AZN

Pulu olmayan idman zalına getməsin?

Qiymətlərin aşağı olmadığı gün kimi aydındır. Təbii ki, bu qiymətlər müəyyənləşdirilərkən hər təbəqəyə məxsus insanları düşünmək lazımdır. Necə məgər, maddi vəziyyəti yaxşı olmayan insanlar sağlam bədənə sahib olmaq və ya arıqlamaq istəyə bilməz?! Düşünürəm ki, bu suala hər birimiz “İstəyə bilər” şəklində cavab verərik. Bəs, onlar yüksək məbləği necə ödəsinlər? “Pulu yoxdursa, idman zalına getməsin” deyənlər də olacaq mütləq. Amma niyə? Olmazmı ki bu qiymətləri müəyyənləşdirdikdə onların da cibinə də uyğun etsinlər? Təbii ki, hər birini nəzərdə tutmuram. Mümkün olduğu təqdirdə az xərc tələb edən idman mərkəzləri də fəaliyyət göstərməlidir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə