"Oğlanlar ata tərbiyəsindən uzaq qalır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Oğlan uşaqları ata tərbiyəsindən uzaq qalır. Məktəbdə müəllimlərin hamısı qadındır. Hətta bir neçə məktəbdən maraqlanarkən bildim ki, idman və hərbi fənni tədris edənlər belə qadın müəllimlərdir. Məktəbdən gələn uşaq evdə də anasını görür. Ana seriala baxanda uşaq da baxır, ana kimləsə qeybət etdikdə o da şahidi olur və s. Atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olur. Oğlan uşaqları artıq qadınların içində onların aurasına öyrəşir. Mənim qızım deyirdi ki, sinfimizdə ən çox xəbərçilik edənlər oğlanlardır. Əvvəllər qız uşaqları qorxudan, müdafiə məqsədilə hər şeyi müəlliməyə xəbər verərdi. İndi isə oğlanlar belədir". Bu sözləri SİA-ya açıqlamasında astroloq Səbuhi Rəhimli deyib.

"Bu onu göstərir ki, oğlanlarda uşaq yaşlarından etibarən xarakter zəifləyir. Çünki ata işə gedir və evə yorğun gəlir. Uşağı ilə kifayət qədər maraqlana, vaxt keçirə bilmir. Daha çox qadınların ətrafında vaxt keçirdikləri üçün oğlanlarda kişi enerjisi azalır. Kişi o demək deyil ki, gestapoluq etsin və ya qışqırsın, əmr versin. Amma keçmişdən də gələn bir şey var ki, necə qadınların yanında hər söz danışılmır, abır-həya edilirsə, eyni şəkildə kişiyə də bir ayrı hörmət olunur",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə