Ödənişli və ödənişsiz çimərliklərdə fərq nədir? - AYDINLIQ GƏTİRİLDİ

“Bildiyimiz kimi, Azərbaycanda dənizin sahilinə daxil olmaq üçün hər hansı bir rüsum tələb edilmir, lakin çimərliklərdə xidmətlər mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında sahibkar Asif Məmmədov deyib.

Onun sözlərinə görə, ödənişli xidmətlərə çətirlərin verilməsi, geyim kabinlərindən istifadə və təmizlik işlərinin aparılması aiddir: “Çimərliklərdən istifadə zamanı ərazi çirklənir. Buna görə biz məcbur oluruq ki, ərazini sezon boyunca hər gün təmizləyək. Ödənişli və ödənişsiz çimərliklərin fərqi ondan ibarətdir ki, suyun və dəniz sahilinin təmizliyinə xüsusi nəzarət olunur. Lakin ödənişsiz olan çimərliklərdə dəniz və sahili zibilli olduğundan buralardan istifadə sağlamlığa da təhlükə yaradır. Buna görə də ödənişsiz çimərliklərə insanlar çox azı üz tutur. Ödənişli çimərliklərdə həm də mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Təbii ki, bunlara sahibkar müəyyən vəsait xərclədiyi üçün insanlara ödənişli təklif edilir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə