Zəlzələ ilə bağlı Operativ Qərargah yaradılıb

6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradılıb. SİA Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+994125969449 (saat 9:00-dan 18:00-dək)

+994503422491 (24 saat)

cmmkon@mfa.gov.az

Bütün xəbərlər Facebook səhifəmizdə