Ötən gün məşhur türk sima Aydemir Akbaşın 86 yaşı tamam oldu. SİA xarici mətbuata istinadən xəbər verir ki, yaxın dostları Etilerdə ona sürpriz şənlik keçirib.
Şafak Sezer və Mustafa Topaloğlu usta aktyoru tək qoymayıb. Sürprizdən təsirlənən Aydemir Akbaş “Mən çox kövrək biriyəm. Mənim üçün çox gözəl hədiyyə oldu. Mən çoxlu dostları itirdim. Amma yaxşı dostluğuma görə də mükafat aldım. Narahat olmayın, mən 95 yaşımdan əvvəl ölməyəcəyəm” dedi.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB