Məşhur türk sima Ece Sükan ötən gün Kuruçeşmedəki kafedə olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, zərgərlik dizayneri Alican İçözlə sevincək söhbət edirdi.
İçözü tanımayanlar yeni münasibətin başladığını düşünürdülər. Ece Sükan, “Alican mənim çox yaxın dostum və sirdaşımdır. Parisdə yaşayır. O, məzuniyyətdədir. Biz həsrət çəkirdik” dedi.
Daha sonra həyatında heç kimin olmadığını söyləyərək, İbrahim Kutluay ilə aralarında yayılan sevgi dedi-qodularını "Ürəyim boşdur" deyərək təkzib edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB