"Uşaqların dadmadığı yemək olmamalıdır"

Dünən məşhur türk aktrisa Aslıhan Günerin ad günü idi. SİA xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşı tamam olan aktrisa sosial şəbəkədə paylaşım edib.

O, “Uşaqların dadmadığı yemək olmamalıdır. Bütün meyvə və tərəvəzləri dadsınlar” mesajı pərəstişkarlarını səfərbər edib. Ağrının bir kəndində tort kəsib uşaqlara təqdim ediblər. Bu anların videosunu görən Aslıhan Güner "Ən mənalı hədiyyə" deyərək göz yaşlarını saxlaya bilməyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə