"Mən tam əmin idim ki, layiq görüləcəyəm"

Ötən axşam Dubayda keçirilən "Miss Fashion World" dünya finalında Türkiyəni "Miss Fashion Turkey 2020"-nin qalibi Elif Yılmaz təmsil edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 30 gözəl qadının qatıldığı yarışmada Yılmaz ikinci olub.

“Mən tam əmin idim ki, layiq görüləcəyəm. Bu nəticə mənim üçün heç də təəccüblü olmadı”, - deyə o bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə