Məşhur türk sima Tan Taşçı dünən gecə 13-cü dəfə Harbiye Açıq Havada olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, qəfildən başlayan konsertdə leysan yağışına baxmayaraq 3 saat mahnı oxuyub.

Yağış paltarları ilə tədbir alan tamaşaçılar mahnıları müşayiət ediblər. Oriental Nebahat Şenel hərəkətli parçalarda Tanı müşayiət edib.

Popcu Harbiyedə daha 3 konsert verərək, 16 gecəlik rekord qıraraq mövsümü bağlamağa hazırlaşır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə