Məşhur müğənnilər arasındakı inciklik bitib

Həftə içi hər gün saat 11:00-da Teve2-də usta jurnalist Esin Övet və məşhur isim Ebru Şancı Öztürkün aparıcılığı ilə yayımlanan proqramda məşhur müğənni Demet Akalının İrem Derici ilə bağlı dediyi sözlər iz buraxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, canlı yayıma qoşulan Akalın, “Onsuz da niyə incidiyimizi anlamıram. İremə əsəbləşə bilmirəm... Heç olmasa açıq deyir... Niyə incidiyini anlamıram. Mən də söyüş söyməyi çox xoşlayıram amma bunu çox edəndə xoşum gəlmir. Onun sevgi və hörmətində heç bir qəbahət yoxdur. Mən onun xatirinə hər şeyi “retweet” edirəm. Bütün bunların ailə uşağa qarışmasını istəyirəm” deyib.

Hər şeyi başlatan Demet Akalının “Twitter”də İrem Derici haqqında yazdığı tviti bəyənməsi olub. Dericinin konsertdən əvvəl çəkilmiş videosu "Yaxşı müğənni olmaq, əxlaqı pozulmuş #İremderici" qeydi ilə paylaşılıb. Paylaşım Demet Akalın tərəfindən bəyənilib.

İrem Dericinin bir izləyicisi vəziyyəti məlumatlandırmaq üçün "Demet Akalın İremin tweetini bəyəndi" deyə tvit yazıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə