25 min göndərənin niyyəti məlum olub

Açıqlamaları və sosial şəbəkələrdəki paylaşımları ilə media gündəmindən düşməyən türkiyəli məşhur müğənni İrem Derici "Youtube"da yayımlanan "Bizə qaldı" proqramına qatılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Derici proqramda dedikləri ilə yenə adından söz etdirməyi bacarıb.

Müğənni ötən il evindən etdiyi canlı yayımda IBAN nömrəsinin üzə çıxmasından sonra ona pul göndərənlərin olduğunu bildirib. "Hər kəsin pulunu geri göndərdik. Biri 25 min TL göndərib. Niyyəti üzə çıxandan sonra məndən çox xoşunun gəldiyini deyib. Bu nə əclaflıqdır? Mən pulu ona qaytarıram, mənə qaytarır. Axırda mühasibimə zəng etdim, sonra hesabı bağladıq" ifadələrini işlədib.

34 yaşlı məşhur müğənni dodaqları istisna olmaqla, bütün bədənində estetika olduğunu etiraf edib.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...