İtmiş pullara səbəb pandemiyanı göstərib

Britaniyalı keçmiş top-model Naomi Kempbell, xeyriyyə məqsədilə toplanan milyonların hesabatını verə bilməyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı model, 2018-ci ildə bərabərlik həmrəyliyi üçün təşkil etdiyi qalada 1,6 milyon funt sterlinq ianə toplayıb.

Məlum olub ki, o, 15 ay ərzində həmin pulun cəmi 5500 funt-sterlinqini bağışlayıb. İstintaq çərçivəsində ondan hesabların sənədləşdirilməsi tələb olunub. Lakin onun qurduğu “Fashion for Relief” adlı fond tələb olunan tarixdə sənədləri təqdim edə bilməyib. Fond gecikmənin pandemiya ilə bağlı olduğunu iddia edib.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...