Atasının tabutu başında "seksual" pozada şəkil çəkdirdi

Atasının dəfn mərasiminə qara mini don və dikdaban ayaqqabı ilə qatılan qadının seksual pozası sosial şəbəkədə reaksiyalara səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, atasının tabutunun başında verdiyi seksual pozanı sosial mediada paylaşan gənc qadın, "hörmətsizlik", "tərbiyəsizlik" sifətləri ilə çoxlu şərhlər alıb.

Sosial mediada fenomen olduğu söylənən, lakin kimliyi açıqlanmayan qadının izləyiciləri narahatlıq doğuran fotoşəkili çıxarmaları üçün yalvarıblar.

Daha sonra "Reddit"də paylaşılan və sosial şəbəkə istifadəçilərinin sərt reaksiyalarına səbəb olan foto tənqidlərə məruz qalıb. Sosial şəbəkə istifadəçiləri "Vay, bu, inanılmaz dərəcədə hörmətsizlik deyilmi?", "Oh, bu dəhşətlidir" ifadələrini işlədib.
Başqa bir sosial şəbəkə istifadəçisi "Bu, çox kədərlidir və ümid edirəm, kimsə bu hörmətsizliyə görə ona qışqırıb" yazıb.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...