Türkiyəli məşhur müğənni meqastar Tarkanın reklamdan qazandığı məbləğ məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, meqastar pandemiya səbəbindən iki il ailəsi ilə birlikdə Almaniyada yaşayıb və konsertlərini ləğv edib.

Türkiyəyə qayıdan Tarkan "Trendyol" şirkəti ilə reklam müqaviləsi bağlayıb. Meqastarın alacağı pul məbləği maraq doğurub. İddialara görə, Tarkan 1 illik kampaniya üçün 15 milyon TL alacaq.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə