Məşhur müğənni 1 günlük qazancını açıqlayıb

Türkiyənin "Kanal D" kanalında yayımlanan "2. Səhifə" proqramının qonağı olan türkiyəli məşhur müğənni Ebru Polat gündəlik qazancını efirdə açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənni öz kosmetik markasından danışıb.

1 gündə 40 min TL qazandığını söyləyən Ebru Polat "Çox çalışıram, çox səy göstərirəm" deyib.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə