Valideynlərdən Alişana sərt reaksiya gəlib

Türkiyənin tanınmış müğənnisi Alişan keçən iyul ayında dünyasını dəyişən qardaşı Selçuk Tektaşın uşaqlarına baxır. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni hətta qardaşı oğlunu məktəbdən götürməyə özü gedir. Ancaq Alişanın bu yaxınlarda məktəb qarşısında hərəkət etməsinin digər valideynlərin reaksiyasına səbəb olduğu iddia edilib.

Uşaqların məktəb çıxışı zamanı avtomobili park etməyə yerlərinin olmadığını və tıxacın Leventdəki xüsusi bir məktəbin qarşısında kilidləndiyini görən valideynlər məktəbdən çıxanda bu vəziyyətə reaksiya veriblər.

Xidmət maşınları və valideynlərin maşınları bölgədə kimsə park etməyə yer tapa bilməsə də, qapının qarşısındakı yerin kimə ayrıldığını soruşan valideynlər, sonradan Alişanın gəlib orda park etdiyini görüblər. Yerin Alişanın sürücüsünün tərəfindən tutulduğunun və müğənninin daha sonra gəldiyini öyrənən valideynlər bu vəziyyətə yüksək səslə etiraz ediblər. Maşında olan Alişan, reaksiyaların artmasından sonra məktəbin qarşısından uzaqlaşıb.

Bu hadisədən bir neçə gün sonra Alişanın valideynlərin "park" tənqidlərini nəzərə aldığı və sürücüsünün məktəb qarşısında oturmasına icazə vermədiyi görülüb.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə