“Analıq hissini yaşamaq istəyirəm”

Ötən il cinsiyyət dəyişdirən məşhur sima Doruk Doğrusöz ilə münasibətləri ilə gündəmə gələn türkiyəli model və müğənni Sevda Demirəl, əvvəlki gün iti ilə Niştantaşında görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərə danışan Dəmirəl ana olmaq istədiyini dilə gətirib.

İtini gəzdirdikdən sonra qısa bir alış -veriş turuna çıxan məşhur, müxbirlərin suallarını cavablandırıb. Ana olmaq istədiyini deyən Dəmirəl, "Bunu sizin vasitənizlə burada elan edirəm. Ana olmaq istəyirəm. Övladlığa uşaq götürmək istəyirəm. Doğum edə bilmirəm, çünki doğru kişi tapa bilmirəm. Allah icazə versə, dövlətimiz icazə versə, bu müqəddəs analıq hissini yaşamaq istəyirəm" dedi.

49 yaşlı müğənni "prosedurların çox olduğunu bilirəm. Xahiş edirəm bunu çox görməyin mənə, icazə versinlər..." sözlərini deyib.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə