"Yatağımı heç kimlə paylaşa bilmərəm"

Yayın əvvəlindən bəri aşiq olan məşhur sima Selin Şekerci və İbrahim Selim əvvəlki axşam Cihangirdə idi. SİA xarici mətbuata istinadən xəbər verir ki, münasibətlərinin yaxşı getdiyini deyən sevgililər, evlilik mövzusu açılanda "belə şeylərdən xəbərimiz yoxdur" cavabını veriblər.

Gonca Vuslaterinin "Yatağımı heç kimlə paylaşa bilmərəm" ifadəsinə gülən Selin Şekerci, "İbrahim uzaqda ikən bu barədə danışaq?" dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...