İşdən çıxaraq modellik etməyə başladı - FOTOLAR

Amerikanın Marşal Universiteti voleybol komandasında oynayan Kayla Simmons, təqaüdə çıxdığını və aldığı sürpriz bir qərarla modelliyə başladığını söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə gənc yaşlarında məktəb komandasındakı performansı ilə gələcəyinin parlaq olduğunu göstərən Simmonsun bu qərarı böyük bir sürpriz yaradıb.

Kayla Simmons, şöhrət qazanarkən sosial medianın axtarılan simalarından birinə çevrilib. Voleybol karyerasından sonra sosial media fenomeninə çevrilən Kayla yazıları ilə diqqət çəkir. Cəsarətli pozaları ilə gündəmdən düşməyən Kayla Simmonsun izləyicilərinin sayı qısa müddətdə 700 minə çatıb.

Kayla, koronavirus səbəbi ilə liqalar dayandırıldıqdan sonra Lakersə evdən dəstək verməyə davam edir. Gənc model, Lakers forması paylaşımları ilə bir daha diqqət çəkib. Məlum olub ki, Kayla voleybol karyerasını bitirib və model olduqdan sonra böyük pullar qazanıb. Qısa müddətdə məşhurlaşan Kaylanın yaxın günlərdə təsir göstərəcəyi gözlənilir.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə