Nusretin restoranınındakı menyu qiyməti dodaq uçuqlatdı

Məşhur sima ​Nüsrət Gökçənin Londonda açdığı restoranın qiymətləri xarici mətbuatın gündəmindən düşmür. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən ay Londonun mərkəzində bir restoran açan dünyaca məşhur türk aşbaz Nüsrət Gökçə İngiltərə mətbuatının hədəfidir.

​Bir müştəri Redditdə Nüsrətin restoranında yediyi yeməyin qəbzini paylaşıb. Nüsrət Gökçənin restoranında yemək yeyən müştəri, hesaba tam olaraq 37 min funt sterlinq ödəyib. Ancaq hesabda hər kəsi şoka salan detal var idi. Nüsrətin restoranında masa örtüsü xidməti üçün ödənilən qiymət ağızları açıq buraxıb. Restoranda verilən xidmətin dəyəri 4829 funt sterlinq idi.

​Bəzi istifadəçilər bu hesabı ödəyən şəxsə "Zəngin və axmaqsan?" deyə əsəbləşərkən, bəzi istifadəçilər dəbi qiymətlərlə satış edən Nüsrəti hədəf aldılar.

Nüsrət, keçən ay bir müştərinin hesabını internetə yayıldıqdan sonra "mənfi şərhləri silməkdə" də günahlandırılıb.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə