Türkiyəli məşhur Müğənni Orhan Gencebayın koronavirus səbəbiylə xəstəxanaya yerləşdirildiyi iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Orhan Gencebayın həyat yoldaşı, xəstəxana iddiası ilə əlaqədar izahat verib.
Bu gün bəzi medialarda Orhan Gencebayın koronavirus testinin pozitiv olduğu və Şişlidəki xüsusi bir xəstəxanada müalicə aldığı bildirilib. Əslində bəzi internet saytları Orhan Gencebayın ürək xəstəliyi olduğunu və nəzarət məqsədi ilə Şişlidəki xüsusi bir xəstəxanada saxlandığını iddia edirdi.
Onun həyat yoldaşı türkiyənin məşhur aktrisası Sevim Emre aşağıdakı ifadələri işlədib: “Bilmirəm belə şeyləri haradan xəbər alırlar. Qohumlarımızı əbəs yerə əsəbiləşdirirlər. Mövsümlük olaraq yoxlanmağa gəlirik. Orhan Gencebayda heç nə yoxdur. Səhhəti yaxşıdır. Zəng edib soruşduğunuz üçün təşəkkür edirəm”.
Beləliklə, Orhan Gencebay haqqında "xəstəxanaya yerləşdirildiyi" iddialarının əsassız olduğu ortaya çıxıb
Aytac Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB