60 milyon dollarlıq ev, Kim Kardaşyana qalır - FOTO

Məşhur sima Kim Kardaşyan və Kanye Vestin boşanması ilə əlaqədar əhəmiyyətli hadisələr baş verib. Fevral ayından bəri davam edən dörd övladı olan cütlüyün boşanma davasında böyük bir uzlaşma əldə edildiyi öyrənilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hər ikisi Kaliforniyanın Hidden Hills şəhərində 60 milyon dollarlıq bir malikanə haqqında razılığa gəliblər.

Müqaviləyə görə, Kardaşyan cütlüyün evli ikən birlikdə yaşadıqları xüsusi dizaynlı nəhəng evə sahib olacaq. Boşanma zamanı ikisi arasındakı maliyyə sövdələşməsinin dostcasına olduğu öyrənilib.

Digər tərəfdən boşanma halları davam edərkən cütlük yan-yana görünməyə davam edir. Əri amerikalı reper Kanye Vest ilə birlikdə Kardaşyan, TV şousuna gedərkən görülüb. Vestin ayrılmış həyat yoldaşına şouya hazırlaşmasına kömək etdiyi də irəli sürülüb.

Aytac Əliyeva

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə