Məşhur sima qanlar içində fotosunu paylaşıb

Dünyanın ən gənc milyarderləri siyahısına damğasını vuran Los Angeles, kaliforniyalı iş qadını və sosial media fenomeni Kulie Jenner, kosmetika markası üçün Halloween (ifritə) bayramına özəl "Fredy Krueger" seriyasını təqdim etməyə hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, pərəstişkarları o seriyanın tanıtımı üçün iki dəfə qan içində çılpaq olaraq kamera qarşısına keçən Kylie Jenneri tənqid ediblər.

Çılpaq halda qan içində şəklinə şərh yağdıran izləyiciləri, paylaşımlarının ürəkbulandırıcı göründüyünü bildiriblər.

Kylie Jenner yeni şəkillərini "İnstaqram" hesabında paylaşanda tənqidlə birgə bəyənmə də alıb. Gənc qadının fotoları 8 saat ərzində 8 milyondan çox bəyənmə toplayıb.

Aytac Əliyeva

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə