Məşhur sima köpək balıqları ilə üzüb - FOTO

Məşhur sima Hamdi Alkanın qızı Zeynep Alkan hollandiyalı sevgilisi Uesli Pabislə birlikdə Maldiv adalarında tətildədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cütlük dənizdə günəşdən zövq alarkən Zeynep Alkan sualtı ilə maraqlanır.

Şnorkellə üzən Zeynep Alkan qorxmadan köpək balıqları ilə üzüb. Bu anların videosunu sosial mediada paylaşaraq “Çox gözəl bir təcrübədir. Özümü su pərisi kimi hiss edirdim. Köpək balıqları inanılmaz dərəcədə emosional varlıqlardır. Onlara heç vaxt zərər verməməliyik. Bu xatirələrlə sonsuza qədər yaşayacağam".

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə