Hollivudun ən sevilən iki aktyoru birlikdə

Hollivudun ən sevilən iki aktyoru yeni bir filmdə bir araya gəlir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bred Pitt və Corc Kluni trillerdə rol alacaqlar.

Onlar istehsal şirkətləri filmi çəkmək üçün yarışa başlayıblar. Aktyorlara 20 milyon dollar təklif olunur.

İki aktyorun yer aldığı “Ocean's 11” və “Ocean's Twelve” filmləri gəlir gətirən rekordlar qırıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə