Həyəcan yenidən zirvəyə çatıb

Kanal D -nin “OGM Pictures” in istehsalı olan "Camdakı Kız" serialında həyəcan yenidən zirvəyə çatıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Burcu Biricik, Nur Sürer, Feyyaz Şerifoğlu, Selma Ergeç və Tamer Leventin oynadığı serialın 12-ci bölümü AB kateqoriyasında 8,87 reytinq və 24,64 faiz izlənmə, 8,97 reytinq və 22,81 tamaşaçı payı ilə ən çox izlənilən prodüksiyondur.

Hər kəsin səbirsizliklə gözlədiyi 'Hayri' (Cihangir Ceylan) bu bölümdə ilk dəfə meydana çıxıb. “Camdakı Kız” hər cümə axşamı Kanal D-də yayımlar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...