Amerikalı aktyor Cohnni Depp, bugünkü "ləğv mədəniyyətinin" qurbanı olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Depp "Bu mədəniyyət zəhərli hala gəldi, nəzarətdən çıxdı. Artıq heç kim təhlükəsiz deyil" dedi.

Depp keçmiş həyat yoldaşı Amber Hearda qarşı zorakılıqda ittiham olunurdu. Evləndiyi zaman ən özəl anlarını belə gizli şəkildə qeyd edən Heard tələsinə düşdüyünü iddia edən Depp, ona böhtan atıldığını söyləyir. 50 milyon dollarlıq böhtan davası davam edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə