Dünyanın ən gənc milyarderi elan edildikdən sonra gəlirinin saxta olduğuna dair tənqidlərə məruz qalan, lakin iddiaları rədd edərək sərmayələrini davam etdirən Kulie Cenner, sərvətinə sərvət qatmaq üçün yeni bir addım atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, kosmetikadan sonra Cenner indi körpə baxımı dünyasına girir.

24 yaşlı kosmetika nəhəngi, "Kulie Kosmetiks" markasından sonra yeni markası "Kulie Baby"ni təqdim etdiyini açıqlayıb.

Cenner "İnstaqram"da "Kulie Baby" markasını sizə təqdim etməkdən çox məmnunam. Təmiz, təhlükəsiz, təsirli və şüurlu bir uşaq baxımı məhsulu hazırlamaq ana olanda xəyalım idi" dedi.

"Bilirəm ki, hamımız uşaqlarımız üçün ən yaxşısını istəyirik, buna görə də vegan, alerjisi olmayan bir məhsul markası təqdim etmək mənim üçün çox yaxşıdır. Bu məhsullarla fəxr edirəm, onları sizinlə və ailənizlə bölüşmək üçün səbirsizlənirəm" deyən Cenner, məhsullarının 28 sentyabrda satışa çıxarılacağını açıqlayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə