"Kanal D"nin Ay Yapım imzalı, aktyor Kaan Urgancıoğlu və aktrisa Pınar Denizin baş rollarını oynadığı yeni "Yarqı" serialı dünən axşam ilk bölümü ilə ekrana gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, prokuror İlqaz (Kaan Urgancıoğlu) ilə vəkil Ceylinin (Pınar Dəniz) əks xarakterli bir cinayət işi ilə kəsişməsindən bəhs edən serial böyük diqqət çəkib.

İlk bölümü ilə bütün reytinq kateqoriyalarında bazar axşamının ən çox izlənilən serialı olub. Sosial mediada da gündəmdə olan "Yarqı" 35 min tvitlə 25 milyon istifadəçiyə çatıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə