Məşhur türk müğənni İbrahim Tatlısesin Derya Tunadan olan oğlu İdo Tatlıses, 3 ildir eşq yaşadığı Yasemin Şefkatli ilə toy masasına oktyabr ayında oturacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, Derya Tuna əvvəlki gün Vadistanbulda idi.

O, oğlu və gəlini üçün mağazalarda gəzib. Derya Tuna, “Çox şirin bir təlaş və həyəcan var. Hər şeyin yaxşı olmasını istəyirik. Dörd tərəfdən də çatışmazlıqları aradan qaldırmağa çalışırıq" deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə