Məşhur türk müğənni Alişanın qardaşı Selçuk Tektaş iyulun 21-də 41 yaşında dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Alişan atasız qardaşları Eyşan və Ceylanı bir an belə tək buraxmır.

Ötən gün həyat yoldaşı Buse Varol, uşaqları Burak və Eliz, qardaşı oğlanları Eyşan və Ceylan bağçalarında əyləniblər. Alişan paylaşdığı şəklin altına "Hər şeyim" yazaraq izləyicilərinə təqdim edib.

Məşhur model Çağla Şıkel isə yaxın dostu Alişanı evində ziyarət edib. O, balaca Elizi qucağından yerə qoymayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə